Premyer Liqa tarixində 2 yeni rekord

Premyer Liqa tarixində 2 yeni rekord

Premyer Liqa tarixində 2 yeni rekord

"Çelsi"nin oyunçusu Koul Palmer Premyer Liqada iki rekorda imza atıb.

UFL.az xəbər verir ki, futbolçu ilk rekorduna 2024-cü ildə İngiltərə Premyer Liqasında 25 qol vurmaqla və 13 qol ötürməsi etməklə nail olub.

Digər rekordunu isə yarışın 15-ci turunda "Tottenhem"lə matçda dubl etməklə qırıb.  Bu qollardan birini penaltidən vurub.

22 yaşlı yarımmüdafiəçi ümumilikdə indiyədək Premyer Liqa matçlarında 12 dəfə penaltini yerinə yetirib. O, bütün şanslarını qola çevirərək 100 faizlik nəticə göstərib. Bu isə rekorddur. 

Palmerdən əvvəl rekord Premyer Liqada 11 penaltini qola çevirən Yaya Tureyə məxsus idi. 

Qeyd edək ki, Palmer "Çelsi"nin tarixində 1 il ərzində ən çox məhsuldar hərəkət edən futbolçu olub.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş