
Dünya Futbolu
"Botafoqo" 29 ildən sonra Braziliya çempionu oldu
"Botafoqo" futbol klubu 29 ildən sonra Braziliya çempionu olub.
Komanda bunu 33-cü turda "San-Paulu"nu məğlub edib.
Xallarının sayını 79-a çatdıran "Botafoqo" ehtiyatda bir oyunu olan "Palmeyras" (73 xal) üçün əlçatmaz olub.
Bu, komandanın tarixində üçüncü çempionluğudur. "Botafoqo" daha əvvəl 1968 və 1995-ci illərdə də eyni uğuru əldə edib.