Dünya Futbolu
"Real"ın futbolçusu ciddi zədə aldı
"Real"ın müdafiəçisi Ferlan Mendi zədələnib.
UFL.az xəbər verir ki, fransalı oyunçu La Liqanın 17-ci turunda "Jirona" ilə oyunda (3:0) sıradan çıxıb. O, sağ ayaq əzələsindən zədə alıb. Mendi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, futbolçu bu mövsüm La Liqada 11 matçda iştirak edib