Dünya Futbolu
Mbappe yaşıl meydanlardan uzaq qalacaq
"Real Madrid"in ulduzu Kilian Mbappenin zədəsi ilə bağlı yeni məlumat yayılıb.
UFL.az "kral klubu"nun mətbuat xidmətinə istinadən məlumat verir ki, bu gün 25 yaşlı hücumçu tibbi müayinədən keçib. Ona sol bud nahiyəsindən zədə diaqnozu qoyulub.
Fransalının 1-2 həftə yaşıl meydanlardan uzaq olacağı gözlənilir.
Qeyd edək ki, Kilian Mbappe Çempionlar Liqası çərçivəsində keçirilən "Atalanta" - "Real" matçının (2:3) 36-cı dəqiqəsində zədələnişdi.