“Turan Tovuz” “Neftçi”ni, "Səbail" "Zirə"ni qəbul edir

“Turan Tovuz” “Neftçi”ni, "Səbail" "Zirə"ni qəbul edir

“Turan Tovuz” “Neftçi”ni, "Səbail" "Zirə"ni qəbul edir

Misli Premyer Liqasında 18-ci tur davam edir. 

İkinci oyun günündə daha iki matç keçiriləcək. 

“Turan Tovuz” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qapılara qol vurulmayıb. Hazırda Tovuz klubu 31 xalla turnir cədvəlində 3-cü, “Neftçi” isə 16 xalla 7-ci pillədə qərarlaşıb. Bu matçın nəticəsindən asılı olmayaraq Kurban Berdiyevin komandası qış fasiləsinə üçüncü pillədə yollanacaq. “Turan Tovuz” son 6 çempionat oyununda cəmi 1 qələbə qazanıb. 

“Neftçi” bu matça itkilərlə çıxacaq. Komandanın aparıcı üzvü Emin Mahmudov zədə səbəbindən oyunöncəsi məşqdə iştirak etməyib. Zədədən sonra bərpa dövründə olan Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo isə fərdi məşqlə kifayətləniblər. 

Günün ikinci qarşılaşmasında isə “Səbail” öz meydanında “Zirə”ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə “Zirə” 4:1 hesablı qələbə qazanıb. Hazırda Rəşad Sadıqovun komandası 27 xalla dördüncü pillədə qərarlaşıb. “Səbail” isə 9 xala sonuncudur. 

Cavid Hüseynovun gəlişindən sonra da qara zolaqdan çıxa bilməyən “Səbail” 9 turdur qələbə üzünə həsrətdir. Komanda bu gün qalib gələcəyi halda, sonuncu pillədən qurtulacaq. Əks halda “dənizçilər” ili sonuncu yerdə tamamlayacaq.  
Bir müddət uğursuzluq zolağına düşən “Zirə” sonradan toparlanmağı bacardı. Rəşad Sadıqovun komandası son 3 turda 7 xal toplayıb. “Səbail” üzərində qələbə qazansa, “qartallar” ili dördüncü pillədə bitirəcək. 

Qeyd edək ki, dünən start götürən 18-ci tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq. 

Misli Premyer Liqası

18-ci tur

21 dekabr

18:30. “Səbail” - “Zirə”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“ASCO Arena”

16:00. “Turan Tovuz” - “Neftçi”
Hakimlər:
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Eyyub İbrahimov
Tovuz şəhər stadionu

22 dekabr

14:00. “Şamaxı” - “Sabah”

16:30. “Qarabağ” - “Araz-Naxçıvan”

20 dekabr

“Kəpəz” - “Sumqayıt” - 0:0

Paylaş Paylaş Paylaş Paylaş Paylaş