![Lebron Ceyms NBA-də rekord qırdı](/uploads/2024/12/20/news/183/large/183-0846495.jpg)
Fərdi idman növləri
Lebron Ceyms NBA-də rekord qırdı
"Los Anceles Leykers"in lideri Lebron Ceyms rekord qırıb.
Onun komandası "Sakramento Kinqs" üzərində 113:100 hesablı qələbə qazanıb. Ceyms isə bu matçda iştirak etməklə Milli Basketbol Assosiasiyasında ən çox oyun keçirən basketbolçu olub.
Ceyms 1517 qarşılaşmada 57447 dəqiqə oynayıb. Bu isə rekorddur.
ABŞ-lı idmançı karyerasına 2003-cü ildə başlayıb.