Dünya Futbolu
Qvardiola : "Mən heç bir klubu çalışdırmayacağam"
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcəyi ilə açıqlama verib.
UFL.az xəbər verir ki, təcrübəli baş məşqçi bloger Dani Qarsiyaya açıqlamasında belə deyib:
"Mən heç bir klubu çalışdırmayacağam. Uzun gələcək haqda danışmıram. Amma "Mançester Siti"ni tərk etdikdən sonra digər ölkəyə gedib, eyni şeyləri etməyəcəyəm. Bunu əminliklə deyə bilərəm. Mənim enerjim olmaz! Yenidən haradasa başlamaq, bütün məşq prosesləri... Yox.
Bəlkə, milli komandanı çalışdıraram. Amma bu, başqa mövzudur".