Dünya Futbolu
Qvardiola Halandı yerə-göyə sığdıra bilmir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Haalandın "Şəhərlilər"in hazırkı heyəti üçün əhəmiyyətini qeyd edib.
UFL.az xəbər verir ki, bu haqda "X" sosial şəbəkəsində paylaşım edən Pep belə deyib:
“Erling olmasaydı, harda olacağımızı bilmirəm.
Biz indi rəqabət edə bilmirik, amma sağ qala bilərik. Yaşamaq vaxtıdır, amma gec-tez oyunçular qayıdacaqlar. Çempionlar Liqasının 1/8 finalına çıxmaq asan olmayacaq, amma biz ora çatacağıq. Yanvar və ya fevralda nə olacağını bilmirəm, görəcəyik”.
Bu mövsüm Haaland bütün turnirlərdə 22 matçda iştirak edib və 18 qol vurub və bir məhsuldar ötürmə edib. Çempionlar Liqasının ümumi mərhələsinin altı turundan sonra "Mançester Siti"nin səkkiz xalı var və 22-ci yerdədir.