Dünya Futbolu
Məşqçi rüşvətxorluğa görə həbs cəzası aldı
Çin millisinin sabiq baş məşqçisi Li Ti rüşvət vermək və almaq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
UFL.az xəbər verir ki, 2015-ci ildən 2021-ci ilə qədər Ti ümumilikdə 120 milyon yuan (240 milyon manat) məbləğində rüşvət verib və alıb.
Məhkəmə belə nəticəyə gəlib ki, Li rüşvət müqabilində “milli komandaya müəyyən şəxslər seçib”, həmçinin klublara yarışlarda qalib gəlməyə və oyunçularla müqavilə imzalamağa kömək edib. 47 yaşlı mütəxəssis rüşvət almaq və vermək, təşkilatlara və dövlət qulluğunda olmayan şəxslərə rüşvət vermək də daxil olmaqla cinayətlərin birləşməsinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Li Ti 2019-cu ilin sonundan Çin millisinin baş məşqçisi idi və iki il sonra istefa verdi.