"Qarabağ" qış çempionu oldu

"Qarabağ" qış çempionu oldu

"Qarabağ" qış çempionu oldu

Misli Premyer Liqasında 3-cü turdan təxirə salınmış “Şamaxı” - “Qarabağ” oyunu başa çatıb.

Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə "Qarabağ" qalib gəlib - 1:0. Qonaqların qolunu Musa Qurbanlı vurub.

"Qarabağ" bu qələbə ilə ən yaxın izləyicisi "Araz Naxçıvan"la aralarındakı xal fərqini 5-ə qaldırıb. Bununla da komanda 2024-cü ilin son turunda onların öz arasında keçirəcəyi matçın nəticəsindən asılı olmayaraq, qış çempionluğunu təmin edib.

19 dekabr (cümə axşamı)

14:00. “Şamaxı” – “Qarabağ” - 0:1

Qol: Musa Qurbanlı, 90+4

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Şamaxı şəhər stadionu

Paylaş Paylaş Paylaş Paylaş Paylaş