Azərbaycan Futbolu
"Karvan"ın oyunçusu birinci oldu
Birinci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
UFL.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan I Liqasında noyabr ayının ən yaxşı qolunun müəllifi, “Karvan” klubunun üzvü Bəhruz Teymurova mükafat təqdim olunub.
“Ayın qolu” layihəsi çərçivəsində noyabrın ən yaxşı qolunun müəllifinə mükafatı X turun "Karvan" - “Mingəçevir” oyunundan əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.