Dünya Futbolu
Mourinyo: "Siti"nin Premyer Liqadan qovulmasını istəmirəm, amma futbolda ədalət istəyirəm"
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo , "Mançester Siti"yə rəhbərlik edən Pep Qvardioladan fərqli olaraq , Premyer Liqanı ədalətli qazandığını, onların isə liqanın maliyyə qaydalarını pozduğunu söylədi.
UFL.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi belə deyib: “Peplə üç il eyni çempionatda çalışdıq. Bir-birimizə hörmət edirik. Mən “Mançester Siti”nin Premyer Liqadan qovulmasını istəmirəm, amma ədalət istəyirəm. Kiçik komandalar bəzən 5-10 avroluq maliyyə limitini aşdıqları üçün cərimələnə bilər.
“Roma”da işləyəndə də oxşar məhdudiyyətlərə görə çox əziyyət çəkirdim. Mən bunun ədalətli olduğunu düşünmürəm. İstədiyim tək şey ədalətdir".