Fərdi idman növləri
Makqreqorun növbəti döyüşünün təxmini vaxtı açıqlandı
UFC prezidenti Dana Uayt iki çəki dərəcəsində keçmiş çempion Konor Makqreqorun rinqə qayıtması ilə bağlı sualı cavablandırıb.
İrlandiyalı idmançı 2021-ci ilin yayında ABŞ təmsilçisi Dastin Puaryeyə uduzarkən ayağını sındırdıqdan sonra yarışa çıxmayıb.
Dana Uayt Makqreqorun bu ilin payız ayında döyüşlərə qayıda biləcəyini deyib: "Ümid edirəm ki, o, payızda səkkizbucaqlıya qayıdacaq".
Xatırladaq ki, ötən il iyunun sonunda Makqreqor amerikalı Maykl Çandlerlə görüşməli idi. İdmançılar UFC 303 turnirində döyüşəcəkdilər, lakin irlandiyalının ayağından aldığı zədə səbəbindən döyüş ləğv edildi. Ümumilikdə Konor qarışıq döyüş növləri üzrə 28 döyüşdə iştirak edib, 22 qələbə qazanıb və 6 məğlubiyyət alıb.