Azərbaycan Futbolu
Juninyo "Flamenqo"ya keçdi
"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya keçib.
Bu barədə Braziliya klubun açıqlama yayıb.
28 yaşlı hücumçu ilə 2028-ci ilin sonuna qədər müqavilə bağlanılıb. O, "Flamenqo"da 23 nömrəli formanı geyinəcək.
Braziliya mətbuatı isə Ağdam klubuna 5 milyon avro təzminat ödəniləcəyini yazıb.
2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.