İlin ən yaxşı baş məşqçisi

İlin ən yaxşı baş məşqçisi

İlin ən yaxşı baş məşqçisi

Azərbaycanda jurnalistlər arasında keçirilən ənənəvi sorğuda 2024-cü ilin ən yaxşı baş məşqçisi müəyyənləşib.

UFL.az xəbər verir ki, 64 jurnalistin işdirak etdiyi sorğuda  47 səs toplayan "Qarabağ"ın təcrübəli baş məşqçisi Qurban Qurbanov bütün rəqiblərini üstələyib. Bununla da, o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

Siyahıdakı digər namizədlərdən Rəşaq Sadıqov 8 səs ("Zirə"), Elmar Baxşıyev 7 səs ("Araz-Naxçıvan"), Kurban Berdıyev isə 2 səs ("Turan-Tovuz") toplayıb. “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova səs verən olmayıb.

“Qarabağ” ötən mövsümdə Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu qeyd edib. Bundan başqa, Ağdam təmsilçisi ölkə kubokuna da sahib çıxıb. Qurbanovun komandası növbəti dəfə Avropa Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş