Dünya Çempionatının püşkü atıldı
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
UFL.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunub.
Püşkatmada Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gəlib. Millimiz 4 komandalı qrupa düşüb. D qrupunda millimizin rəqibləri Millətlər Liqasında Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya komandaları olub.
Türkiyə millisi E qrupunda İspaniya/Niderland cütünün qalibi, Gürcüstan və Bolqarıstanla birgə mübarizə aparacaq.
A qrupu
Almaniya/İtaliya cütünün qalibi
Slovakiya
Şimali İrlandiya
Lüksemburq
B qrupu
İsveçrə
İsveç
Sloveniya
Kosovo
C qrupu
Portuqaliya/Danimarka cütünün məğlubu
Yunanıstan
Şotlandiya
Belarus
D qrupu
Fransa/Xorvatiya cütünün qalibi
Ukrayna
İslandiya
Azərbaycan
E qrupu
İspaniya/Niderland cütünün qalibi,
Türkiyə
Gürcüstan
Bolqarıstan
F qrupu
Portuqaliya/Danimarka cütünün qalibi,
Macarıstan
İrlandiya
Ermənistan
G qrupu
İspaniya/Niderland cütünün məğlubu,
Polşa
Finlandiya
Litva
Malta
H qrupu
Avstriya
Rumıniya
Bosniya və Herseqovina
Kipr
San Marino
İ qrupu
Almaniya/İtaliya cütünün məğlubu,
Norveç
İsrail
Estoniya
Moldova
J qrupu
Belçika
Uels
Şimal Makedoniya
Qazaxıstan
Lixtenşteyn
K qrupu
İngiltərə
Serbiya
Albaniya
Latviya
Andorra
L qrupu
Fransa/Xorvatiya cütünün məğlubu,
Çexiya
Monteneqro
Farer adaları
Cəbəllütariq
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi 2025-ci ilin martında start götürəcək. Turnirin final mərhələsi isə iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də təşkil olunacaq. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.