"Elfsborq" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Elfsborq" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Elfsborq" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Elfsborq" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqası oyununun hakimləri məlum olub.

Oyun Portuqaliyadan olan hakimlərə həvalə edilib. FİFA referisi Antoniu Nobreyə yan xətt hakimləri kimi Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Andre Narçiso yerinə yetirəcək.

Stefano Podeski (San Marino) hakim-inspektor, Yan Atkins (İngiltərə) UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş