AFFA qayda pozuntuları ilə bağlı bu qərarları verdi

AFFA qayda pozuntuları ilə bağlı bu qərarları verdi

AFFA qayda pozuntuları ilə bağlı bu qərarları verdi

AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub. 

Qurum Misli Premyer Liqasının 19-cu turunda keçirilən “Kəpəz” - “Turan Tovuz” və "Neftçi" - "Sabah" matçlarında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” komandası 800 manat cərimə edilir.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” komandası 1000 manat cərimə edilir.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir.

“Neftçi” – “Sabah” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 800 manat cərimə edilir.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş