"Zirə"dən qələbə

"Zirə"dən qələbə

"Zirə"dən qələbə

Misli Premyer Liqasında 18-ci tur davam edir. 

Günün ikinci qarşılaşmasında isə “Səbail” öz meydanında “Zirə”ni qəbul edib. Görüş "qartallar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Hazırda Rəşad Sadıqovun bu ilin son oyununda qələbə qazanmaqla xalını komandası 30-a qaldırıb. “Zirə” ili 4-cü yerdə başa vurub.

Cavid Hüseynovun gəlişindən sonra da qara zolaqdan çıxa bilməyən “Səbail” artıq 10 turdur qələbə üzünə həsrətdir və sonuncu yerdədir. 

Misli Premyer Liqası

18-ci tur

21 dekabr

18:30. “Səbail” - “Zirə” - 0:1 

Qol: Georgi Papunaşvili, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“ASCO Arena”

16:00. “Turan Tovuz” - “Neftçi” - 1:1

Qollar: Filip Ozobiç, 45 (0:1), Aleks Souza, 54 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Eyyub İbrahimov
Tovuz şəhər stadionu

22 dekabr

14:00. “Şamaxı” - “Sabah”

16:30. “Qarabağ” - “Araz-Naxçıvan”

20 dekabr

“Kəpəz” - “Sumqayıt” - 0:0

Paylaş Paylaş Paylaş Paylaş Paylaş