Vaqif Cavadov: "Neftçi" kimi komandanın bizim oyunçuları istəməsi xoşdur"

Vaqif Cavadov: "Neftçi" kimi komandanın bizim oyunçuları istəməsi xoşdur"

Vaqif Cavadov: "Neftçi" kimi komandanın bizim oyunçuları istəməsi xoşdur"

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

Mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Məncə, maraqlı və gərgin oyun keçdi. Baxmayaraq ki, heç-heçə etdik, komandamdan razıyam. Oyuna, əzmkarlıqlarına görə. Futboldur, bəzən qol imkanlarını istifadə edə bilmirsən. İlin son oyunu idi və belə istəklə oynamaq, vuruşmaq çətindir. Futbolçulara təşəkkür edirəm. İnanıram ki, bu oyunlarla, istəklə yaxşı işlər görə bilərik.

– Fasilədən sonra üstün futbolç sərgilədiniz. Birinci hissədən sonra necə toparlandınız?
– Oyuna başlayanda bir az inamsızlıq var idi. Buna baxmayaraq, ilk hissədə qol imkanlarımız oldu. Son ötürmələrdə, zərbələrdə yaxşı oynamadıq. Şanslarımız var idi, demək, hücum futbolu oynaya bilirik. Sadəcə son nöqtəni qoya bilmədik. Fasilədən sonra inam gəldi və daha istəkli olduq. Meydança amilini də nəzərə almaq lazımdır. Həm də ilin son oyunu olduğunu də nəzərə almalıyıq.

– Mediada bir çox futbolçularınızın “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır. Bu, sizi narahat etmir?
– Hər məşqçi üçün hansısa futbolçunun ayrılığı narahat edə bilər. Lakin bu, futboldur. Peşəkar olmalıyıq. Yaxşı təkliflər olarsa, müsbət baxmalıyıq. Futbolda normal şeylərdir. Xoşdur ki, “Neftçi” kimi komanda bizim futbolçularımızı istəyir. Nə olur olsun, biz oyunçularımızın arxasındayıq və hansınınsa getməyini istəmirik.

– Əsas kapitan Vüqar Mustafayev nə üçün ehtiyatda qalır?
– Zədə səbəbindən məşqlərə gec qoşulmuşdu. Mövsüm uzundur, Vüqar kapitanımız və əsas oyunçularımızdan biridir.

– Bəzi klublar gənc oyunçularınızı icarəyə götürmək istəyir. Bu haqda nə düşünürsünüz?
– Yeni gəlmişəm və əsas komandaya gənclərdən 3-4-nü götürmüşəm. İndi onları göndərmək düzgün olmaz. Futboldur, oyunçunun inkişafı üçün nə lazımdırsa, kömək edəcəm. (futbolpress.az)

Paylaş Paylaş Paylaş Paylaş Paylaş