Fərdi idman növləri
Tayson Fyuri: "Oğlum Usikin üzünü sındırmağımı istədi"
Ağır çəkidə keçmiş dünya çempionu, britaniyalı Tayson Fyuri ukraynalı Aleksander Usikə qarşı keçirəcəyi revanş görüşündən əvvəl açıqlama verib.
Fyuri bildirib ki, oğlu ondan Usikin üzünü sındırmağı xahiş edib.
“Adonis mənim kiçik oğlumdur. O, məndən Usikin üzünü sındırmağımı istədi. Onun cəmi 5 yaşı var. Oğlum məndən Usiki revanş oyununda tam üstünlüklə məğlub etməyimi istəyir”.
Xatırladaq ki, Usik və Fyuri arasında revanş matçı dekabrın 21-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək.
Onların ilk qarşıdurması 2024-cü ilin mayında olub. Görüşdə Usik qalib gəlib.