"Sumqayıt" ilk transferini etdi

"Sumqayıt" ilk transferini etdi

"Sumqayıt" ilk transferini etdi

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini hücumçu ilə gücləndirib. 

Klub son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. 27 yaşlı futbolçu "Sumqayıt"ın heyətində "11" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş