Sərbəst güləşçilərimiz ənənəvi turnirdə iştirak edəcəklər

Sərbəst güləşçilərimiz ənənəvi turnirdə iştirak edəcəklər

Sərbəst güləşçilərimiz ənənəvi turnirdə iştirak edəcəklər

Sərbəst güləş üzrə millimiz 2025-ci ildə ilk yarışlarına qatılacaqlar.

Millinin 8 üzvü Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək. Yanvarın 23-dən 26-dək davam edəcək ənənəvi yarışda məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcək.

Memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş