Dünya Futbolu
Saşa Boi yenə zədələnib
"Bavariya"nın sağ cinah müdafiəçisi Saşa Boi yenidən zədə alıb.
UFL.az klubun mətbuat xidmətinə istinadənxəbər verir ki, 24 yaşlı futbolçu məşq zamanı sol topuğundan zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.
Xatırladaq ki, Saşa bu ilin noabr ayında zədəsini sağaltmışdı.
O, "Bavariya"ya 2024-cü ilin qışında "Qalatasaray"dan 30 milyon avroya keçib. Boi həmin vaxtdan bəri Münhen təmsilçisinin heyətində 10 matçda meydana çıxıb və 2 qolun ötürməsini verib.