Azərbaycan Futbolu
"Şamaxı"nın heyətində yeni legioner
"Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb. Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik” olub.