Dünya Futbolu
Renat Dadaşovun baş məşqçisi istefaya göndərildi
Türkiyə 1-ci Liqası klublarından "Ankaragücü"də baş məşqçi istefası reallaşıb.
Klub Kənan Koçakla yollarını ayırıb. Bu barədə "Ankaragücü"nün mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Paytaxt təmsilçisi 1-ci Liqada 16 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov "Ankaragücü"də çıxış edir.