Qriqorçukun yeni klubu

Qriqorçukun yeni klubu

Qriqorçukun yeni klubu

“Neftçi”nin köhnə baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri rəsmən açıqlanıb.

QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis Ukraniyanın LNZ klubunu çalışdıracaq.

O, işə 2025-ci ilin yanvarında başlayacaq. Qriqorçuk bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib.

LNZ Ukrayna çempionatında 17 turdan sonra 19 xalla 16 komanda arasında 10-cu sıradadır.

Qeyd edək ki, 59 yaşlı ukraynalı mütəxəssisin son iş yeri bu ilin iyununda baş məşqçi təyin edildiyi "Neftçi" olub. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib. Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş