"Qarabağ" ili qələbə ilə başa vurdu

"Qarabağ" ili qələbə ilə başa vurdu

"Qarabağ" ili qələbə ilə başa vurdu

Bu gün Misli Premyer Liqasında 18-ci tura “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulub.

Bununla da yanvarın 17-nə kimi çempionatda fasilə yaranıb.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Turnir cədvəlində "Qarabağ" 47 xalla 1-ci, "Araz-Naxçıvan" 39 xalla 2-cidir. Beləliklə, komandalar arasında fərq 8 xala çatıb. 

Misli Premyer Liqası, 18-ci tur

22 dekabr

16:30.“Qarabağ” – “Araz-Naxçıvan” - 2:0 

Qol: Yassin Benzia, 41, Abdullah Zubir, 71
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli

Tofiq Bəhramov adına Respublika Stadionu

14:00.“Şamaxı” – “Sabah” - 3:1 

Qollar: Edqar Adilxanov, 23 (1:0), Pavol Safranko, 38 (1:1), Belajdi Pusi, 55 (2:1), Leroy Mikels, 62 (3:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov

Şamaxı şəhər stadionu

20 dekabr

“Kəpəz” - “Sumqayıt” - 0:0

21 dekabr

“Səbail” - “Zirə” - 0:1 

“Turan Tovuz” - “Neftçi” - 1:1

Paylaş Paylaş Paylaş Paylaş Paylaş