Azərbaycan Futbolu
"Qarabağ" "Elfsborq"a uduzub
Bu gün "Qarabağ" UEFA Avropa Liqası Liqa mərhələsində növbəti oyununa çıxıb.
Təmsilçimiz 6-cı turda "Elfsborq" klubu ilə üz-üzə gəlib. Qarşılaşmada 1 qol həlledici olub. İsveçlilər ikinci hissədəki yeganə top sayəsində 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" növbəti turda Bakıda Rumıniyann FCSB klubunu qəbul edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 6-cı tur
12 dekabr
00:00. "Elfsborq" – "Qarabağ" - 1:0
Qol: Ahmed Qasem, 57
Hakimlər: Antonio Nobre, Ona Pedro Ribeiro və Nelson Pereira.
"Boras Arena"