“Qalatasaray”da itki

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

UFL.az xəbər verir ki, kubun yaydığı əlumata görə, “sarı-qırmızılar”ın yarımmüdafiəçisi Barış Alper Yılmaz zədələnib. 

O, Türkiyə Super Liqasının 15-ci turunda “Sivasspor”la səfər oyununda zədə alıb. Barışın son durumu MRT müayinəsindən sonra məlum olacaq. Futbolçunun azı bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, “Qalatasaray” “Sivasspor”u 3:2 hesabıyla məğlub edib. Komanda 14 oyundan sonra 38 xalla birinci sıradadır. “Sivasspor” isə 18 xalla 10-cudur.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş