"Neftçi" bu qış ilk transferini etdi

"Neftçi" bu qış ilk transferini etdi

"Neftçi" bu qış ilk transferini etdi

"Neftçi" qış transfer pəncərəsi üçün ilk keçidi açıqlayıb. 

Bakı təmsilçisi yaponiyalı futbolçu Ryonosuke Ohori ilə anlaşıb. 24 yaşlı yarımmüdafiəçi sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. 18 nömrəli formanı geyinəcək futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Qeyd edək ki, Ryonosuke Ohori karyerası ərzində 60 rəsmi matça çıxaraq 24 qol vurub və 4 qolun ötürməsini edib.

Xatırladaq ki, daha öncə "Neftçi" legionerləri Mark Tamaş və Kilan Lebonla yollarını ayırıb. 

Paylaş Paylaş Paylaş Paylaş Paylaş