Dünya Futbolu
Nani karyerasını bitirdi
Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Luiş Nani karyerasını başa vurub.
UFL.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesabında məlumat yayıb.
“Sportinq”in yetirməsi olan Nani “Mançester Yunayted”, "Fənərbağça", "Valensiya", "Latsio", "Adana Dəmirspor" və ən sonda isə "Eştrela"da çıxış edib. Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olan Nani yığmada 112 oyun keçirib və 24 qol vurub.