
Azərbaycan Futbolu
Matça gəlmədilər, texniki məğlubiyyət aldılar
AFFA İntizam Komitəsi 2-ci Liqa təmsilçisi "Qusar"a texniki məğlubiyyət verib.
UFL.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar açıqlanıb.
2-ci liqada 13-cü turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 300 manat cərimə edilib.