Dünya Futbolu
Liqa 1 klubunda baş məşqçi ayrılığı
Fransanın "Sent-Etyen" klubu rəsmi saytında baş məşqçisi Olivye Dalloqlio istefaya göndərdiyini açıqlayıb.
10 oyunluq qələbəsiz seriyadan sonra klub rəhbərliyi belə addım atmağa qərar verib. Liqa 1-in 15-ci turunun səfər matçında "Tuluza"ya məğlubiyyət (1:2) "son damla" olub.
Hazırda 13 xalı olan komanda Fransa çempionatının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. “Yaşıllar”ın yeni çalışdırıcısı açıqlanana qədər komandanı akademiyanın direktoru Loran Uor məşq etdirdəcək.
Xatırladaq ki, Dalloqlio 2023-cü il dekabrın 12-dən "Sent-Etyen"ə rəhbərlik edib və o, komandanı elit diviziona çıxara bilib.