Azərbaycan Futbolu
“Kəpəz”in 150-cisi
Misli Premyer Liqasının 19-cu turunun “Turan Tovuz”la ev oyunu “Kəpəz”in iki futbolçusu üçün əlamətdar olub.
Turan Manafov və Karim Lkoça Gəncə klubunun heyətində ölkə çempionatlarında ilk qollarını vurublar.
Bu qarşılaşmaya qədər “Kəpəz”in 148 futbolçusu rəqib qapısına yol tapıb. Dubl müəllifi Turan bu siyahıda 149-cu, Karim isə “Kəpəz” üçün Premyer Liqada qol vuran 150-ci futbolçu olub.
Qeyd edək ki, yalnız üç klubun – “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın heyətində daha çox oyunçu fərqlənib.