Azərbaycan Futbolu
"Kəpəz"dən legioner transferi
"Kəpəz" qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib. Bu, gürcüstanlı Rati Ardazişvilidir. 26 yaşlı yarımmüdafiəçinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb. Xatırladaq ki, "Kəpəz" bu qış hücumçu Orxan Əliyevi də heyətinə cəlb edib.