İmperator Səudiyyə Ərəbistanında

İmperator Səudiyyə Ərəbistanında

İmperator Səudiyyə Ərəbistanında

Fatih Terim baş məşqçiliyə qayıdır.

UFL.az  xəbər verir ki, bu barədə Türkiyənin bir çox media qurumu məlumat yayıb

71 yaşlı mütəxəssisin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi iddia olunub. Bu məqsədlə “İmpetaror” ləqəbli məşqçinin bu gün həmin ölkəyə yollanacağı və müqavilə bağlayacağı bildirilib.

Terimin “Əl Şabab” klubunda işləyəcəyi qeyd edilib. Bu günlərdə həmin klubun baş məşqçisi Vitor Pereira vəzifəsini tərk edib və İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"un baş məşqçisi təyin olunub.

“Al Şahab” hazırda yerli liqada 6-cı yeri tutur.

Xatırladaq ki, Fatih Terimin son klubu Yunanıstan “Panatinaikos”u olub.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş