FİFA Ukraynadan üzr istəyəcək?

FİFA Ukraynadan üzr istəyəcək?

FİFA Ukraynadan üzr istəyəcək?

Dünya Çenpionatı 2026-nın püşkatma mərasimində Krımın Ukraynaya daxil olmadığı xəritə göstərilib.

UFL.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi sosial şəbəkələrində xəritədə düzəldilmiş videodan kadr yayımlayıb və bildirib ki, Ukrayna tərəfi bu səhvə görə FİFA-nın ictimaiyyət qarşısında üzr istəməsini gözləyir.

Ukrayna Futbol Assosiasiyası (UAF) artıq Ukraynanın xəritəsində Krımın olmaması ilə bağlı FİFA-nın baş katibi Matias Qraffström və UEFA-nın baş katibi Teodor Teodoridisə məktub göndərib.

Xatırladaq ki, FİFA və UEFA 2022-ci ilin fevralında Ukraynada baş verən hadisələrə görə Rusiya bütün milli  və klub komandalarını beynəlxalq yarışlarda iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş