"Fənərbaxça" 10 nəfərlə "Atletik"ə məğlub oldu

"Fənərbaxça" 10 nəfərlə "Atletik"ə məğlub oldu

"Fənərbaxça" 10 nəfərlə "Atletik"ə məğlub oldu

Bu gün Avropa Liqasında Liqa mərhələsinin 6-cı turuna start verilib.

İilk oyun gündə 1 matç keçirilib. “Fənərbaxça” evdə “Atletik”i qəbul edib. 

Görüş İstanbul təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Bu, "Fənərbaxça"nın cari mövsüm avrokuboklarda uduzduğu ilk ev oyunu olub.

Beləliklə, 6 matçdan sonra turnir cədvəlində "Atletik" 16 xalla 1-ci, "Fənərbaxça" isə 8 xalla 15-cidir.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur

11 dekabr

19:30. "Fənərbaxça" (Türkiyə) – "Atletik" (İspaniya) - 0:2

Qollar: İnaki Uilyams, 5, 45
Qırmızı vərəqə: Mert Müldür, 69 ("Fənərbaxça")
Baş hakim: İrfan Peliyto (Bosniyya və Herseqovina)

"Fenerbahçe Şükrü Saraçoğlu" stadionu

Paylaş Paylaş Paylaş Paylaş Paylaş