Dünya Futbolu
"Elfsborq"un baş məşqçisi: "Komandamla fəxr edirəm"
"Komandamla fəxr edirəm".
Bunu "Elfsborq"un baş məşqçisi Oskar Hilyemark deyib.
32 yaşlı mütəxəssis Avropa Liqasında evdə "Qarabağ"a qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb:
"Komandamla fəxr edirəm. İlk hissədə çoxlu texniki səhvlər etdik. Meydan son dərəcə sürüşkən idi. Bu, Milad bayramından əvvəl çox gözəl və vacib qalibiyyət idi. Qələbə əldə etməsəydik, növbəti mərhələ şansımız azalacaqdı. Düşünürəm ki, nəhəng klublara qarşı da yüksək səviyyədə çıxış edə bilərik".
Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 0:1 hesabı ilə uduzub.