“Difai”yə AFFA-dan cəza

“Difai”yə AFFA-dan cəza

“Difai”yə AFFA-dan cəza

AFFA Birinci Liqada yarışan kluba texniki məğlubiyyət verib.

UFL.az  xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

Qeyd olunub ki, dekabrın 24-ü Birinci Liqada 11-ci turun “Difai” – MOİK oyununun 90+3-cü dəqiqəsində “Difai” komandasının heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olub.

Bu səbəbdən “Difai” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən matçda MOİK 1:0 hesablı qələbə qazanıb.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş