Azərbaycan Futbolu
Cavid Hüseynov: "Meydançanın vəziyyəti futbol oynamağa imkan vermirdi"
Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
UFL.az xəbər verir ki, yarışda "Səbail" və "Şamaxı" qarşılaşıb. Matçda qalib müəyyənləşməyib (0:0).
"Dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:
"Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vermirdi. Hava şaraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydançanın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq".