Brazilyanın yeni ulduzu
Braziliyanın köklü klublarından biri olan "Palmeyras" dünya futboluna daha bir ulduz qazandırmaq üzrədir.
UFL.az xəbər verir ki, son illər dünya futboluna önəmli ulduzlar gətirən "Palmeyras" bu zəncirə daha bir halqa əlavə etməyə hazırlaşır. Futbolçu satışından 100 milyon avrodan çox gəlir əldə edən klubun daha bir oyunçusu nəhəg klubların diqqətini öz üzərinə çəkib.
Endrik, Estevao və Luis Gilyermen kimi gənc ulduzları Avropa nəhənglərinə astronomik qiymətə satan Brazilya təmsilçisi bu siyahıya 18 yaşlı müdafiəçi Vitor Reisi də əlavə edə bilər.
Peşəkar karyerasının ilk ilində 22 matça çıxan gənc müdafiəçi Qustavo Qomez, Murilo kimi təcrübəli adlardan seçilərək forma şansı qazanıb.
"Real Madrid", "Arsenal" və "Mançester Yunayted"in gənc müdafiəçini yaxından izlədiyi bildirilib.
Qeyd edək ki, "Palmeyras" Endriki 47,5 milyon avroya "Real Madridə", Estevaonu 34 milyon avroya "Çelsi"yə, Luis Gilyermeni isə 23 milyon avroya "Vest Hem Yunayted"ə satmışdı.