Futzal
Azərbaycanlı FİFA referisi Danimarkaya gedəcək
FİFA referisi Əli Cəbrayılov UEFA-dan növbəti dəfə təyinat alıb.
O, Avro-2026-nın əsas mərhələsi çərçivəsində fevarlın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.
Birinci və ikinci referilər müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Jyrki Filppudur (Finlandiya).