Azərbaycan üzgüçüsü 7 medal qazanıb

Azərbaycan üzgüçüsü 7 medal qazanıb

Azərbaycan üzgüçüsü 7 medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə beynəlxalq yarışa start verilib.

UFL.az xəbər verir ki, müsabiqədə iştirak edən Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy 50, 100 və 200 metr məsafələrə brass üsulunda üzməkdə qızıl medal qazanıb. Bundan başqa Y.Maynitskiy 200 metr məsəfə üzrə qarışıq üsulda da finişə hamıdan birinci çatıb. O, 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda üzməkdə ikinci olub. İdmançı kəpənək üsulunda 50 metr məsafə üzrə üçüncü olub. Ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan idmançı öz yaşıdları arasında yarışın ən yaxşısı seçilib.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş