
Azərbaycan Futbolu
Azərbaycan klubuna yeni baş məşqçi gətirildi
“Mingəçevir”də yeni təyinat olub.
“Mingəçevir”in baş məşqçisi vəzifəsinə PRO kateqoriyalı mütəxəssis Fizuli Məmmədov təyin edilib. Təcrübəli mütəxəssis ilə 2.5 +1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, bölgə təmsilçisinin bundan öncəki çalışdırıcısı Ədəhim Niftəliyev olub.