Dünya Futbolu
"Atalanta" rekorda imza atıb
İtaliya kubokunun 1/8 - ci mərhələsində "Atalanta" və "Çezena" qarşı-qarşıya gəlib.
UFL.az xəbər verir ki, bu matçda Berqamo təmsilçisi italiya Kubokunda ən böyükhesablı qələbə rekorduna imza atıb və 1/4 finala yüksəlib.
"Atalanta" İtaliya Kuboku tarixində ilk dəfə bir oyunda 6 qol vurub və turnirdə ən böyükhesablı qələbə rekorduna imza atıb.
Komanda buna qədər 1959-cu ildə "Alessandriya"nı, 1972-ci ildə isə "Recina"nı 5:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, "Atalanta" İtaliya Kubokunun 1/4 finalında "Bolonya" ilə qarşılaşacaq.