Ançelotti Ardanın gələcəyi haqda qərar verib

Ançelotti Ardanın gələcəyi haqda qərar verib

Ançelotti Ardanın gələcəyi haqda qərar verib

Arda Güler və Endrik yanvarda “Real”dan ayrılmayacaq. 

Bunu “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti təsdiqləyib.

O, hər iki oyunçunun qalacağını açıqlayıb: “Endrik də Güler burada qalacaqlar. Bəlkə onlara daha çox oyun vaxtı lazımdı. Amma mənim heç bir qərəzim yoxdu. 18 və ya 40 yaşından asılı olmayaraq, hər matça yalnız ən yaxşı oyunçuları çıxarmağa çalışıram. Gənclərə qarşı səbirli olmaq lazımdı. Onlar həvəslə doludurlar, lakin gənc olduqları üçün müəyyən şeyləri də öyrənməlidilər”.

Qeyd edək ki, Arda Güler ötən ilin, Endrik isə bu ilin yayından “Real”ın formasını geyinir.

Paylaş Paylaş Paylaş Paylaş Paylaş