Fərdi idman növləri
Alkaras Berrettini ilə məşq edib
Böyük Dəbilqə turnirlərinin dördqat çempionu, dünya üçüncüsü, ispaniyalı tennisçi Karlos Alkaras italyan tennisçi Matteo Berrettini ilə məşq edib.
Onlar sosial şəbəkə hesablarında məşqdən birgə fotolarını paylaşıblar.
Xatırladaq ki, Karlos Alkaras Cek Draperlə təlim-məşq toplanışı keçirməli idi. Lakin britaniyalı zədə səbəbindən bunu edə bilməyib. İdmançıların hazırlığı Alikantedə (İspaniya) baş tutmalı idi.