Azərbaycan Futbolu
Abdolbari Gozal vəfat etdi
“Azersun Holdinq”in Müşahidə Şurasının sədri, "Qarabağ” futbol klubunun fəxri prezidenti Abdolbari Gozal dünyasını dəyişib.
Bu haqda “Qarabağ” Futbol Klubu paylaşım edib.
Paylaşımda qeyd olunub: “Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azərsun Holdinq"in qurucusu, “Qarabağ” FK-nın fəxri prezidenti Abdolbari Gozal vəfat edib. O, 2001-15-ci illərdə klubumuzun prezidenti, 2015-ci-2025-ci illərdə fəxri prezidenti olub. Bu illər ərzində komandamız 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunun qalibi olub”.